Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var

Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var
  18 Mart 2023    Oxunub:819
Ukraynanın Kramatorsk şəhərinə (Donetsk vilayəti) raket hücumu nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən xəbər verib.

"Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri - 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb", - məlumatda deyilir.

Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib.

AzVision.az



Teqlər: Ukrayna   Kramatorsk  





Xəbər lenti