Zelenski Əsədə sanksiya tətbiq etdi

   Zelenski Əsədə sanksiya tətbiq etdi
  18 Mart 2023    Oxunub:1100
Ukrayna prezidenti Volodimir Zelenski Suriya lideri Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Sənəddə Əsədin aktivlərinin bloklanması və bəzi digər tədbirlərə məruz qaldığı qeyd edilir.

Həmçinin 300 fiziki və 141 hüquqi şəxs barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Sanksiya siyahısında olanların böyük əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Eyni zamanda bir neçə İran vətəndaşı da var.

Qeyd edək ki, Sanksiyalar arasında aktivlərin bloklanması, ticarətin və resursların tranzitinin məhdudlaşdırılması, Ukraynada özəlləşdirmədə iştiraka qadağa, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti