Ukrayna: "Taxıl Dəhlizi Sazişinin müddətsiz olmasını təkid edirik"

      Ukrayna:    "Taxıl Dəhlizi Sazişinin müddətsiz olmasını təkid edirik"
  18 Mart 2023    Oxunub:843
Ukrayna Taxıl Dəhlizi Sazişinin müddətsiz olmasında israrlıdır.
Ukrayna Hökumətinin mətbuat mərkəzindən verilən məlumata görə, baş nazir Denis Şmiqal hökumətin iclasında Taxıl Dəhlizi Sazişi ilə bağlı qiymətləndirmələr edib.

Ukraynanın dünya ərzaq təhlükəsizliyinin əsas halqalarından biri olduğunu qeyd edən Şmiqal, “Bu səbəbdən taxıl müqaviləsinin müddətsiz və avtomatik olaraq 120 gün uzadılmasında israr edirik” deyib.

Şmıqal qeyd edib ki, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) də bunu dəstəkləyir:

"Hücum edənin müqavilə müddətini qısaltmaq cəhdi qlobal qida böhranını böyütmək üçün bir manipulyasiyadır. Buna icazə verilməməlidir".

AzVision.az


Teqlər:





Xəbər lenti