15 əsgərin ölümündə təqsirləndirilən erməni kapitan həbs edildi

   15 əsgərin ölümündə təqsirləndirilən   erməni kapitan həbs edildi
  18 Mart 2023    Oxunub:838
Ermənistanda 15 hərbçinin yanaraq ölməsində təqsirləndirilən kapitan Yeqişe Akopyan iki ay müddətinə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Akopyanın vəkili Hovsep Sarkisyan məlumat verib.

“Biz bu qərardan apellyasiya şikayəti veririk, çünki hesab edirəm ki, onun hüquqi və faktiki əsası yoxdur”, - vəkil qeyd edib.

"15 əsgər yanğından əvvəl də sağ olmayıb" - Erməni vəkil
Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, bir neçə zabit də vəzifədən uzaqlaşdırılıb.

Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın   Kazarma  





Xəbər lenti