Bu gün də yağış yağacaq

Bu gün də yağış yağacaq
  22 May 2014    Oxunub:989
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
mayın 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 22-də şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti