“Kapital Bank”ın rəhbərinə cinayət işi açıldı

“Kapital Bank”ın rəhbərinə cinayət işi açıldı
  22 May 2014    Oxunub:1326
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti