“Eurovision” qalibi şəhid ailələri üçün konsert verəcək

“Eurovision” qalibi şəhid ailələri üçün konsert verəcək
  11 Aprel 2013    Oxunub:2040
“Eurovision 2009”un qalibi Aleksandr Rıbak şəhid ailələri üçün konsert verəcək
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, “Fairytale” mahnısı ilə qalibiyyəti qazanan norveçli müğənni Türkiyənin Alanya əyalətindəki şəhid ailələri üçün konsert verəcək.

Aleksandr Rıbak Polis təşkilatının yaradılmasının 168-ci il dönümü üçün Alanyada səhnəyə çıxacaq. Məşhur müğənni Kleopatra Dreams Beach otelində təşkil olunan mətbuat konfransında bildirib ki, məqsədi musiqi ilə insanları xoşbəxt etməkdir.


Teqlər:





Xəbər lenti