Azərbaycan gözəli olmağa namizədlər seçildi – FOTOLAR

Azərbaycan gözəli olmağa namizədlər seçildi – FOTOLAR
  21 May 2014    Oxunub:4472
İyunun 21-də Bakıda - CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu yekunlaşdı.
“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasında Azərbaycanı təmsil edəcək qızı müəyyənləşdirmək çətin olacaq, amma layihənin rəhbəri Nigar Məmmədova nüfuzlu münsiflərə inandığını deyib: “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçimlərindəki münsif heyyətini açıqlamaq istəmirik. Seçimlərdə itirak edən gözəllər də qonaqlarımız da münsifləri seçim günü , yəni mayın 25-i görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır. Düşünürəm ki, buna nail olacağıq”.

Dünyanın ən böyük gözəllik yarışması – Miss Globe İnternational müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi ”MERAC” production-nın təqdimatı və“SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı ilə reallaşacaq. Dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” (Khazar İslands) isə layihənin baş sponsorudur.

Qalereya




Teqlər:  





Xəbər lenti