Xəbərdarlıq: hava əlverişsiz olacaq

Xəbərdarlıq: hava əlverişsiz olacaq
  20 May 2014    Oxunub:975
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, mülayim şimal-qərb küləyinin axşama doğru arabir güclənəcəyi gözlənilir.

Yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 20-də qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və güclü küləkli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.



Teqlər:





Xəbər lenti