Yasamalda zəncirvari qəza: 4 maşın toqquşdu

Yasamalda zəncirvari qəza: 4 maşın toqquşdu
  20 May 2014    Oxunub:1351
Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. Şərifzadə küçəsində dörd avtomobil toqquşub.
Qəzaya kabel televiziyalarından birinə məxsus VAZ-2104 markalı 90 NG 127 dövlət nömrə nişanlı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Nəticədə hərəkətdə olan "Hyundai" markalı 90 VT 478 dövlət nömrə nişanlı maşın VAZ-2104-lə toqquşub. Bundan sonra "Hyundai"nin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında dayanmış "Volkswagen" markalı 90 XZ 255 dövlət nömrə nişanlı maşına çırpılıb, o isə qarşısında dayanan "Mercedes" markalı 10 MM 628 dövlət nömrə nişanlı mikroavtobusa dəyib.

Qəza zamanı daha çox ziyan görən "Volkswagen" markalı avtomobilin içərisində adamlar olsa da, onlardan heç biri xəsarət almayıb. Digər toqquşan maşınların sürücüləri arasında da xəsarət alan yoxdur. (APA)

Faktla bağlı Yasamal rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti