Qaxda `Yehova şahidləri` tutulub - biri azyaşlıdır

Qaxda `Yehova şahidləri` tutulub - biri azyaşlıdır
  20 May 2014    Oxunub:1241
Qaxda “Yehovanın Şahidləri” təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb.Qax Rayon Polis Şöbəsindən verilən xəbərə görə, saxlanılanlardan biri azyaşlıdır.
Polisdən bildirilib ki, şöbəyə bir qrup şəxsin rayon ərazisində ev-ev gəzərək, “Yehovanın Şahidləri” təlimini yayması barədə məlumat daxil olub.

Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş “Əhdi Ətiq” kitabı götürülüb.

Saxlanılan şəxslərin barəsində inzibati tədbir görülməsi üçün materiallar rayon məhkəməsinə göndərilib (APA).


Teqlər:





Xəbər lenti