Zəlzələdə kimliyi müəyyən edilə bilməyən cənazələrlə bağlı qərar

   Zəlzələdə kimliyi müəyyən edilə bilməyən cənazələrlə bağlı qərar
  08 Fevral 2023    Oxunub:1138
Zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələri 24 saatlıq gözləmə müddətindən sonra DNT, barmaq izi nümunələri və fotoları çəkilərək dini öhdəliklərə uyğun olaraq dəfn olunacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-dan verilən yazılı açıqlamada, episentri Kahramanmaraşda yerləşən zəlzələlərdən sonra 10 vilayətdə daha dəqiq axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib: “Həlak olan vətəndaşlarımızın kimliyinin mümkün qədər tez müəyyən edilərək cənazələrinin yaxınlarına təhvil verilməsi böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 8574-ə yüksəlib, 49 133 nəfər xəsarət alıb. 6444 bina isə dağılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti