"Azərbaycan vətəndaşlarının təxliyəsi üçün 5 avtobus bu gün yola düşəcək" - Səfir

   "Azərbaycan vətəndaşlarının təxliyəsi üçün 5 avtobus bu gün yola düşəcək" -    Səfir
  08 Fevral 2023    Oxunub:599
Bu gün daha 5 avtobusla zəlzələ bölgəsindəki vətəndaşlarımız təxliyə ediləcək
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin hansı bölgəsində nə qədər vətəndaşımız olması ilə bağlı məlumatımız daim yenilənir:

"Harada vətəndaşımız çoxdursa, ora avtobus göndəririk. Ümumilikdə 201 nəfər artıq göndərilib. Amma sərhədə çatana kimi bu say arta bilər. Çünki yoldan da vətəndaşlarımızı götürürük".

AzVision.az


Teqlər:





Xəbər lenti