"Qarabağa BMT sülhməramlılarının göndərilməsi real deyil" - İliçev

"Qarabağa BMT sülhməramlılarının göndərilməsi real deyil" -   İliçev
  08 Fevral 2023    Oxunub:970
BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası çətin ki, real ola. Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib.

Rusiya XİN: "Qarabağdakı sülhməramlılara BMT mandatının verilməsinə ehtiyac yoxdur"
O qeyd edib ki, beynəlxalq və xarici təşkilatlardan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi hələ də Qarabağda fəaliyyət göstərir: “BMT-nin humanitar qurumları isə azərbaycanlılardan və ermənilərdən "anklav"a daxil olmaq, hətta ilkin ehtiyacları qiymətləndirmə missiyasının həyata keçirmək üçün icazə almayıb”.

İliçevin fikrincə, məlum çətinliklər tərəflərin bərabər mövqe tuta bilməməsi, siyasi səbəblərlə bağlıdır. Həmçinin problem regiona giriş-çıxış, hesabatların verilməsi, nəzarət və humanitar fəaliyyətlərin qurulmasının hüquqi əsasları ilə əlaqədar yaranır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı  





Xəbər lenti