Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir

   Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
  08 Fevral 2023    Oxunub:837
Meksika dağıntıların altında qalanların tapılmasına kömək etmək üçün məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir.
16 təlim keçmiş itin olduğu təyyarə paytaxt Mexikodan yola düşüb. Zəlzələlərin tez-tez baş verdiyi Meksikada peşəkar mülki və hərbi axtarış-xilasetmə qrupları var.

2017-ci ildə ölkədə baş verən zəlzələ zamanı itlər insanların həyatını xilas etməkdə oynadıqları rola görə çox yüksək qiymətləndirilib.

Frida adlı Labrodor Retrievercinsli it Mexikoda qoruyucu eynək və ayaqqabılarıyla çəkilmiş fotodan sonra beynəlxalq aləmdə məşhurlaşıb.

Donanma rəsmilərinin bildirdiyinə görə, Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfəri xilas edib.Mülki xilasetmə qrupu Los Topos de Tlatelolco da hərbi xilasedicilərlə birlikdə yola düşüb.

Qrupun təcrübəli könüllüləri Meksikanın xarici işlər naziri Marselo Harbarda mesaj göndərərək kömək edə biləcəklərini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti