Bu gün də hava isti olacaq - 37 dərəcə

Bu gün də hava isti olacaq - 37 dərəcə
  19 May 2014    Oxunub:1019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq.
Abşeron yarımadasında temperaturun gecə 16-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında mayın 19-da hava əsasən yağmursuz olacaq.
Lakin səhər və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti