Bir qrup amerikalı konqresmen yenidən Tayvana səfər edə bilər
08 Fevral 2023
Oxunub:316
ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkal bu yaz Tayvana səfər etmək istəyən qanunvericilərdən ibarət ikipartiyalı nümayəndə heyətinə başçılıq etmək niyyətindədir.
Bu barədə “Bloomberg” məlumat yayıb. Onun sözlərinə görə, Çin tərəfinə ABŞ-ın Tayvanı dəstəklədiyini göstərmək lazımdır. O, belə bir səfərin Pekini cilovlamaq üçün tədbir rolunu oynayacağını vurğulayıb. Nəşr qeyd edib ki, səfərin dəqiq tarixi müəyyən edilməyib, lakin bu apreldə baş tuta bilər.