ABŞ-da COVID-19 ilə bağlı fövqəladə vəziyyət ləğv ediləcək

  ABŞ-da COVID-19 ilə bağlı fövqəladə vəziyyət ləğv ediləcək
  08 Fevral 2023    Oxunub:606
ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi tezliklə ləğv ediləcək.
Bunu ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatası qarşısında və Senatında çıxışı zamanı təsdiqləyib. Onun sözlərinə görə, koronavirusla bağlı ölüm halları təxminən 90 faiz azalıb. Ağ Evin məlumatına görə, ABŞ administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin mayın 11-də dayandırılmasının tərəfdarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti