Xlasedicilərimiz 16 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

Xlasedicilərimiz 16 nəfəri dağıntılar altından sağ çıxarıb -    VİDEO
  08 Fevral 2023    Oxunub:1113
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti