"Roskosmos" Türkiyə zəlzələsinin nəticələrini peykdən çəkdi

    "Roskosmos"  Türkiyə zəlzələsinin nəticələrini peykdən çəkdi
  07 Fevral 2023    Oxunub:1377
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin peykdən çəkilmiş fotosunu yayıb.
AzVision.az xəbər verir ki, "Roskosmos" fotonu Telegramda paylaşıb.

Qeyd edək ki, fevralın 6-da 7,7 maqnituda gücündə baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. 6 mindən çox bina dağılıb. Son məlumatlara görə 4500-dən çox insan həlak olub. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti