Türkdilli ölkələrin səfirləri Türkiyənin Parisdəki səfirliyinə gediblər

Türkdilli ölkələrin səfirləri Türkiyənin Parisdəki səfirliyinə gediblər
  07 Fevral 2023    Oxunub:522
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə o, Tviterdə paylaşım edib.

“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti