Der Spiegel: "Berlin Kiyevə 178 "Leopard"ın verilməsini təsdiqlədi"

      Der Spiegel:    "Berlin Kiyevə 178 "Leopard"ın verilməsini təsdiqlədi"
  07 Fevral 2023    Oxunub:631
Almaniya hökuməti Ukraynaya 178 "Leopard 1" tankının çatdırılmasını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

"Federal hökumət Ukraynaya silah yardımı sahəsində daha bir böyük addım atır. Federal Milli Təhlükəsizlik Şurası 178 Leopard 1 tankının çatdırılmasını təsdiqləyib", - jurnal yazıb.

Nəşrin məlumatına görə, tankların bir hissəsi gələn ilin yayında Kiyevə göndərilməli olacaq. Lakin onların əksəriyyəti yalnız gələn il Ukraynaya təhvil veriləcək. “Der Spiegel” yazır qərar bu axşam ictimaiyyətə açıqlanacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Ukrayna   Tank  





Xəbər lenti