Rusiyanın sülhyaratma missiyaları ilə bağlı qanun layihəsi hazırlanır

Rusiyanın sülhyaratma missiyaları ilə bağlı qanun layihəsi hazırlanır
  07 Fevral 2023    Oxunub:675
Rusiya Müdafiə Nazirliyi sülhyaratma missiyalarında iştirak edən hərbçilərin siyahısını genişləndirməyi təklif edir.
AzVision.az Rusiya KİV-nə istinadla xəbər verir ki, nazirlik bu barədə yeni qanun layihəsi hazırlayıb.

Hazırda sülhyaratma missiyalarında yalnız müqavilə ilə xidmət keçən hərbçilər iştirak edə bilərlər. Qanun layihəsinə əsasən, sülhyaratma missiyasına silahlı qüvvələrin xüsusi hazırlıq keçmiş bütün hərbçiləri könüllü şəkildə daxil edilə bilər. Bu kateqoriyaya azı 6 ay xidmət etmiş çağırışçılar da aiddir.

Qeyd edək ki, hazırda Rusiya sülhməramlı kontingenti Qarabağda və Moldovanın Dnestryanı bölgəsində yerləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti