Türkiyədə fövqəladə vəziyyət rejimi elan olundu

   Türkiyədə fövqəladə vəziyyət rejimi elan olundu
  07 Fevral 2023    Oxunub:1066
Türkiyədə zəlzələ baş verən 10 vilayətdə fövqəladə vəziyyət rejimi elan olunub.
AzVision.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində qüvvədə olacaq.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3.549 nəfər həyatını itirib, 22.168 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti