New York Times: "Morqlar dolub-daşır, yaralı axını dayanmır"

      New York Times:    "Morqlar dolub-daşır, yaralı axını dayanmır"
  07 Fevral 2023    Oxunub:833
Donbassda Ukrayna hərbçiləri ağır itkilər verirlər, onlarda silah çatışmır, tibb müəssisələri isə yaralılar və ölənlərin cəsədləri ilə nə edəcəklərini bilmirlər. AzVision.az xəbər verir ki, bu barədə Amerikanın New York Times qəzeti yazıb.
Məqalədə deyilir ki, hətta cəbhə xəstəxanalarının birinin meyitxanası Ukrayna əsgərlərinin cəsədləri ilə doludur. Digər xəstəxanada isə yaralıların yatdığı xərəklər hətta dəhlizlərə düzülüb. Gətirilən yaralı axını isə dayanmır.

Der Spiegel: "Berlin Kiyevə 178 "Leopard"ın verilməsini təsdiqlədi"
Ukrayna hərbçiləri əsasən tank, artilleriya və sursat çatışmazlığından şikayətlənirlər.

Bundan başqa, nəşr yazır ki, Rusiya Silahlı Qüvvələri T-90 tankı kimi daha mürəkkəb texnikaları aktiv şəkildə yerləşdirməyə başlayıb. Onlara qarşı Amerikanın “Javelin” tank əleyhinə raket sistemləriisə ciddi effekt vermir.

Ukrayna hərbçiləri tezliklə Artemovsk şəhərinin tam şəkildə əldən çıxacağını da düşünürlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Morq  





Xəbər lenti