“Nənə Hatun” zəlzələdən əziyyət çəkənlərə yardım apardı

    “Nənə Hatun”  zəlzələdən əziyyət çəkənlərə yardım apardı
  07 Fevral 2023    Oxunub:763
Türkiyənin ilk təcili yardım gəmisi “Nənə Hatun” zəlzələ bölgəsinə ləvazimat və yardım materialları çatdırmaq üçün İstanbuldan yola düşüb.
Gəminin ləvazimat və yardım materiallarını qəbul etmək üçün təxmini 72 saatda Mersinə, daha sonra isə təxmini 8 saatda İskəndəruna çatmasının gözlənildiyi bildirilib. Vəziyyətin qiymətləndirilməsi nəticəsində marşrut və təyinat limanının dəyişə biləcəyi qeyd edilib.

Qeyd edək ki, milli mübarizə qəhrəmanı "Nənə Hatun"un adını daşıyan gəmi istənilən hava şəraitində fəaliyyət göstərə bilir.Gəmi qəzalarına, dənizin çirklənməsinə və yanğınlara qarşı əməliyyat gücünü artıran təcili cavab gəmisinin uzunluğu 87,8 metr, eni 19,5 metr, hündürlüyü 8,7 metr, çəkisi isə 1800 tondur. Göyərtəsində 20 çarpayılıq bir xəstəxana var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti