Bu barədə o, “Corriere della Sera” qəzetinə məlumat verib. Alimin fikrincə, Ərəb litosfer plitəsi Anadolu litosfer plitəsinə nisbətən cənub-şərqə doğru 3 metr hərəkət edib. Onun sözlərinə görə, bu halda sınmanın ümumi ölçüsü ən azı 150 km idi: “Söhbət Ərəbistan və Anadolu plitəsi arasındakı sərhəd zonasında bir quruluşdan gedir. Hər şey bir neçə on saniyə ərzində baş verib”.
Alim əlavə edib ki, əslində Türkiyə Suriyaya doğru sürüşüb. O əlavə edib ki, afterşoklar seriyasının nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb. Təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: