


Adanada dağılmış binanın altında 2 dostu ilə qalan vətəndaş mobil telefonu ilə çəkdiyi görüntüləri sosial media hesabında paylaşaraq “Kömək edin. Seçkinlər Saytı C Blok. Bələdiyyə binasının qarşısındayıq. Biz dağıntılar altındayıq. Dostumuzdan heç bir səs gəlmir. Xahiş edirəm bunu eşidənlərə kömək edin", deyə yardım istəyib.
Hatayda dağıntılar altında qalan Aysel adlı vətəndaş isə sosial media hesabında Ahbap Dərnəyinin qurucusu Haluk Leventi tag edərək “Məni xilas et” mesajını göndərib. İzləyicilərinə cavab verən Haluk Levent, “Əziz Aysel! Şarjınızı qoruyun. Dostum, Hatay yoldadır” yazıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: