BMT-nin Baş katibi nüvə silahı olan ölkələrə çağırış etdi

   BMT-nin Baş katibi nüvə silahı olan ölkələrə çağırış etdi
  06 Fevral 2023    Oxunub:650
“Nüvə dövlətləri nüvə silahından ilk istifadə edən tərəf olmamalıdır və bundan imtina etməlidirlər”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş Assambleyada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, tərksilahın başlanması və nüvə silahının son olaraq ləğvi istiqamətində işləməyin vaxtı çatıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yayımladığı göstəricilərə görə, Rusiya 6 255 nüvə başlığı ilə dünyada birincidir. Rusiyanın sahib olduğu nüvə silahlarının sayında 2020-ci ilə nəzərən müqayisədə keçən il 120 ədəd azalma olub. Rusiyanın 1 800 yerləşdirilmiş nüvə başlığı mövcuddur.

Digər tərəfdən ABŞ 5 550 nüvə silahına sahibdir və bu iki ölkə dünyadakı nüvə silahının 90%-dən çoxuna sahibdir. Qərb Blokuna daxil olan Fransa 290, İngiltərə isə 225 nüvə başlığına sahibdir.


AzVision.az


Teqlər:





Xəbər lenti