Türkiyə limanında yanğın: Yüzlərlə konteyneri alov bürüyüb
06 Fevral 2023
Oxunub:473
Türkiyənin İsgəndərun limanında zəlzələdən sonra güclü yanğın başlayıb.
Bu barədə “Sabah” nəşri məlumat yayıb. Qeyd olunub ki, alov sürətlə yüzlərlə yük konteynerini bürüyüb. Hadisə yerinə yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.