Putin Ərdoğanla danışıb

   Putin Ərdoğanla danışıb
  06 Fevral 2023    Oxunub:707
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin, Rusiyanın zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə yardım etməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, qeyd edilib ki, Rusiyanın yardımla bağlı konkret təklifləri artıq müvafiq kanallar vasitəsilə Türkiyə tərəfinə təqdim edilib.

Rusiya dövlət başçısı çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələlərlə əlaqədar həmkarına dərin hüznlə başsağlığı verib. Ərdoğan güclü zəlzələlərin nəticələrinin aradan qaldırılmasında təklif etdiyi köməyə görə Putinə təşəkkür edib.

AzVision.az


Teqlər:





Xəbər lenti