Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb

Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb
  18 May 2014    Oxunub:1083
Yuxarı Qarabağ kanalında batmış gənc oğlanın cəsədi tapılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 15 may 2014-cü il tarixində Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən 140 km aralıda nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Talıbovun axtarışları başa çatıb.
C.Talıbovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 15 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti