Suriya baş nazirinin bacısı zəlzələdə öldü

   Suriya baş nazirinin bacısı zəlzələdə öldü
  06 Fevral 2023    Oxunub:1275
Suriyada baş verən zəlzələdən baş nazir Hüseyn Arnosanın ailəsi də əziyyət çəkib. AzVision.az xəbər verir ki, bu barədə "Al-Watan" nəşri məlumat yayıb.
Qeyd edilir ki, baş nazirin bacısı Nəsub Arnosa zəlzələnin qurbanı olub.

Onun ölkənin mərkəzi hissəsində yerləşən Həma şəhərində yaşadığı tikili çöküb. Nəticədə Nəsubla yanaşı onun övladları və nəvələri də dağıntılar altında qalaraq ölüblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, İraqda, Fələstində və Kipr adasında dağıntılara və insan itkisinə səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Suriya   Zəlzələ  





Xəbər lenti