Dünya liderləri Türkiyəyə yardım təklif edib

   Dünya liderləri Türkiyəyə yardım təklif edib
  06 Fevral 2023    Oxunub:674
ABŞ Prezidenti Cozef Bayden Türkiyəyə yardım variantlarını araşdırmaq üçün müvafiq hökumət qurumlarına göstərişlər verib.
Bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, ABŞ Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcək. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı verməklə yanaşı, ölkəsinin baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb ki, London Ankaraya hər cür yardımı göstərməyə hazırdır. Fransa Prezidenti Emmanuel Makron da Türkiyədə insan tələfatına səbəb olan zəlzələ ilə bağlı tviterdə paylaşım edib. Onun sözlərinə görə, Fransa, Türkiyə əhalisinə təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.

AzVision.az


Teqlər:





Xəbər lenti