İrandan Azərbaycan əleyhinə daha bir sərsəm çağırış

   İrandan Azərbaycan əleyhinə daha bir sərsəm çağırış
  06 Fevral 2023    Oxunub:688
İranlı ekspert, keçmiş prezident Həsən Ruhaninin dəftərxanası yanında Strateji Araşdırmalar Mərkəzinin beynəlxalq proqramının direktoru vəzifəsində çalışmış Diako Hüseyni Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasını İranın son otuz ildə yol verdiyi ən böyük səhvlərdən biri adlandırıb.

Hüseyni nifrət dolu yalanlarla iddia edib ki, guya Azərbaycanın müstəqilliyinin tanınması üçün heç bir tarixi əsas olmayıb.

“Səhvləri düzəltmək üçün hələ də gec deyil. Ermənistanla müdafiə müqaviləsinin imzalanması bu qarışıqlığa son qoymaq üçün ilk böyük addım ola bilər”, - deyə Hüseyni İrəvan sevdasını da ortaya qoyub.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti