Mask son üç ayının çətin keçməsindən şikayətləndi

   Mask son üç ayının çətin keçməsindən şikayətləndi
  06 Fevral 2023    Oxunub:603
Milyarder İlon Mask "Twitter"də həyatının çətin keçən üç ayından şikayətlənib. Belə ki, o, “Wall Street Journal”ın “İlon Mask nə vaxt yatır?” materialına reaksiya verib.
“Son üç ay çox çətin keçdi, çünki mən "Tesla" və "SpaceX"dəki vəzifələrimi yerinə yetirərkən "Twitter"i iflasdan xilas etməli oldum. Heç kimə belə ağrı arzulamıram. "Twitter"də hələ də problemlər qalır, lakin biz son nəticəyə doğru gedirik. Mən ictimai dəstəyi çox yüksək qiymətləndirirəm!”, – milyarder bildirib.

Mask şərhçilərdən birinin hazırkı çətin vəziyyətin "“Tesla" istehsalı cəhənnəminə, yoxsa 2008-ci il böhranına bənzədiyini" sualına müsbət cavab verib.


Teqlər:





Xəbər lenti