Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkir: Kameralar izləyəcək

   Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkir:    Kameralar izləyəcək
  05 Fevral 2023    Oxunub:759
Polşa hökuməti mart ayında Kalininqrad vilayəti ilə sərhəddə elektron hasar çəkməyə başlayacaq. Polskie Radio xəbər verir ki, bu tarixi Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mixalskaya açıqlayıb.
Hazırda podratçının departamentə təqdim edəcəyi layihənin hazırlandığı bildirilir. Belə ki, hasar hava şəraitindən asılı olmayaraq və birbaşa sərhəd xəttində olmaq zərurətindən asılı olmayaraq, Rusiya sərhədini gecə-gündüz izləməyə imkan verəcək sensorlar və kameralar sistemi ilə təchiz ediləcək.

O əlavə edib ki, xəbərdarlıq alqoritmləri sərhədi heyvanlar deyil, insanlar keçməyə cəhd etdikdə cavab verəcək.

Digər presedentlər azmış göbələk toplayanlara və sərhəd postunun fonunda şəklini çəkmək istəyən turistlərə aiddir.

Eyni zamanda, Polşa sərhədçiləri sərhəddəki vəziyyəti dinc və sabit kimi qiymətləndirirlər: 2022-ci ildə Rusiyadan Polşaya 11 sərhədi qanunsuz keçmə faktı qeydə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti