Zelenski və Sunak telefonla danışıblar

  Zelenski və Sunak   telefonla danışıblar
  04 Fevral 2023    Oxunub:797
Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter" hesabında məlumat verib.

"Rishi Sunak ilə danışarkən, mən ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar ona təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi, qısa və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq", - Zelenski deyib.

O, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançıların iştirak etməməli olduğunu vurğulayıb.

AzVision.az



Teqlər: Sunak   Zelenski  





Xəbər lenti