Rusiyadan Kiyevə xəbərdarlıq: ""Krıma zərbələr endiriləcəyi təqdirdə danışıqlar olmayacaq"

"Bu halda heç bir danışıqlar olmayacaq, yalnız cavab zərbələri olacaq. Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq" deyən sədr müavini cavabın istənilən formada ola biləcəyini qeyd edib: “Rusiya Prezidenti bunu qəti şəkildə deyib”.
Medvedev izah edib ki, Rusiya özünə heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq doktrinal sənədlərə, o cümlədən Nüvə Qarşısının alınmasının Əsaslarına uyğun olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır.
“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, - deyə siyasətçi əlavə edib.
AzVision.az
Teqlər: