Ukrayna hərbçiləri İtaliyada təlim keçir

 Ukrayna hərbçiləri İtaliyada təlim keçir
  04 Fevral 2023    Oxunub:619
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, Ukrayna hərbçiləri ölkə ərazisində təlim keçir.
“Corriere della Sera” qəzetinin verdiyi məlumata görə, o, bu barədə parlamentin xüsusi komitəsinin iclası zamanı bildirib. İtaliyada hazırlıqlar Mario Draqinin hökuməti dövründə başlayıb. "Mürəkkəb silah sistemləri tədarük edərkən onlardan istifadə edəcəkləri öyrətmək lazımdır" - qəzetı mənbə bildirib.

Bu arada İtaliya hökuməti Ukraynaya “Aspide” raketlərinin tədarükü haqqında dekret qəbul edəcək. Parlamentin təhlükəsizlik üzrə xüsusi komitəsinə (Copasir) təqdim olunacaq yeni silah paketinə “Aspide” idarə olunan raketlərinin də daxil olacağı bildirilir. Məlumata görə, 6-cı paketə daxil edilməyən bahalı "SAMP-T" zenit-raket kompleksinin (ZRK) tədarükü ilə bağlı xüsusi dekret fevral ayının sonuna kimi qəbul ediləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti