11-ci uşağı olan erməni Roza müzakirələrə səbəb oldu

      11-ci uşağı    olan erməni Roza müzakirələrə səbəb oldu
  04 Fevral 2023    Oxunub:406
Ermənistanda Roza Papoyan adlı qadının 11-cə dəfə ana olması sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olub.
AzVision.az xəbər verir ki, sadə ermənilər kənd yerində yaşayan biri üçün indiki çətin sosial şərtlər altından tez-tez uşaq dünyaya gətirməyin doğru olmadığını deyirlər.

"Mamul" saytı isə qınağa səbəb olan çoxuşaqlı ailə haqqında yazıb: "Ayqevan kənd sakini Roza Papoyanın 11-ci övladı Zarişat Martini Mkrtçyan adına Armavir Tibb Mərkəzində dünyaya gəlib. Yeni doğulan körpənin çəkisi 3,4 kq, boyu 51 sm-dir. Rozanın böyük oğlu, 19 yaşlı Hovannes tarixçidir və Ermənistan ordusunda xidmət edir. Roza Papoyan və Vladimir Kesablyanın 5 qız, 6 oğlan övladı var. Balaca Qor isə onların 11-ci övladıdır".


Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan  







Xəbər lenti