ABŞ İranın PUA istehsalçılarını qara siyahıya saldı

   ABŞ İranın PUA istehsalçılarını    qara siyahıya saldı
  03 Fevral 2023    Oxunub:3167
ABŞ İranın dron istehsalçısı Paravar Pars şirkətinin direktorlar şurasına sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, “İran pilotsuz təyyarələri Rusiya tərəfindən Ukraynanın kritik infrastrukturuna hücum etmək üçün istifadə edilib”.

“İran müəssisələri İran İslam İnqilabı Keşikçiləri Korpusu və silahlı qüvvələri üçün PUA istehsal etməyə davam edir. Daha geniş desək, İran Ukraynada kritik infrastruktura zərbələr endirmək üçün Rusiyanın hərbi əməliyyatlarına pilotsuz təyyarələr verir”, - deyə ABŞ Maliyyə Nazirliyinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.

Moskva və Tehran hərbi əməliyyatlarda istifadə üçün İran pilotsuz təyyarələrinin tədarükünü rədd edir. 2022-ci ildə Qərb ölkələri PUA-ların göndərilməsi ilə bağlı artıq sanksiyalar tətbiq edib, bu ilin yanvarında Aİ və ABŞ məhdudlaşdırıcı tədbirləri genişləndirib.

Sanksiyaya bu şəxslər düşüb:

- Paravar Pars şirkətinin idarəedici direktoru və baş direktoru Hossein Şamsabadi,
- Paravar Pars İdarə Heyətinin sədri Əli Rza Təngsiri,
- Şirkətin Direktorlar Şurası sədrinin müavini Əbülfəzl Nazeri,
-Paravar Pars-ın Direktorlar Şurasının üzvüləri Möhsün Əsədi, Mohammad Sadeh Heydəri Musa, Məhəmməd Rza Məhəmmədi, Əbülqasem Valaqohar,
-Şirkətin direktorlar şurasının keçmiş üzvü Əbülfəzl Salehnejad .

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti