Erməni nazirin yeni 122 milyonluq evi narazılıq yaratdı

   Erməni nazirin yeni    122 milyonluq    evi narazılıq yaratdı
  03 Fevral 2023    Oxunub:948
Ermənistanın baş naziri Nikol Paşinyanın komandası növbəti dəfə qalamaqallı mülk məsələsi ilə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, bu dəfə xarici işlər naziri Ararat Mirzoyan müxalif media və sosial şəbəkələrin erməni seqmentinin əsas hədəfinə çevrilib.

"CivilNet" yazır: "Vətəndaş müqaviləsi"ni təmsil edən yüksək rütbəli məmurlar öz mülklərini yaxşılaşdırmağa, vəzifə müddəti ilə birgə imkanlarını da artırmağa davam edirlər. Xarici işlər naziri ötən ilin sonunda Kotaykın Kasax kəndində dəbdəbəli malikanə alıb. Ararat Mirzoyan və həyat yoldaşı Qohar Abajyan malikanəni 2022-ci ilin dekabrında 112 milyon drama əldə ediblər".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Nazir   Mülk  





Xəbər lenti