Macarıstanın XİN rəhbəri: "ABŞ səfiri daxili işlərimizə qarışmasın"

Macarıstanın XİN rəhbəri:    "ABŞ səfiri daxili işlərimizə qarışmasın"
  03 Fevral 2023    Oxunub:619
Budapeşti ABŞ səfiri Devid Pressmanın Macarıstan hakimiyyətinin Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa İttifaqına kömək etməməsi ilə bağlı fikri qətiyyən maraqlandırmır.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.
Nazir qeyd edib ki, Pressmanın Macarıstanda daxili siyasi proseslərə heç bir aidiyyatı yoxdur və belə məsələlərə müdaxilə etmək “onun işi deyil”.

"Əgər o, Macarıstandakı mövcudluğundan macar xalqının seçdiyi hökumətin fəaliyyətini qiymətləndirmək üçün istifadə etmək istəsə, onda iki ölkə arasındakı səmərəli əməkdaşlıq işləri onun üçün çox çətin olacaq", - Macarıstanın xarici işlər naziri xəbərdarlıq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Macarıstan  





Xəbər lenti