Baydenin baş iqtisadi müşaviri istefa verib

   Baydenin baş iqtisadi müşaviri istefa verib
  03 Fevral 2023    Oxunub:564
ABŞ prezidenti yanında Milli İqtisadi Şuranın rəhbəri Brayan Diz üç illik işindən sonra tutduğu vəzifədən istefa verib.
Bu barədə AzVision.az Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd olunub ki, Brayan mürəkkəb siyasi problemləri amerikalıların həyatını yaxşılaşdıran konkret hərəkətlərə çevirmək üçün unikal qabiliyyətə malikdir. Cozef Baydenin iqtisadiyyat üzrə müşavirinin nəyə görə istefa verdiyi məlumat verilmir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti