"Fox News"un aparıcısı : Baydenin oğlu məxfi sənədlərin ticarəti ilə məşğuldur - VİDEO

      "Fox News"un aparıcısı   : Baydenin oğlu məxfi sənədlərin ticarəti ilə məşğuldur -    VİDEO
  02 Fevral 2023    Oxunub:594
Federal Təhqiqat Bürosunun (FTB - Red) əməkdaşları ABŞ prezidenti Co Baydenin Delaverdəki evində axtarış apardıqdan sonra əliboş getməyiblər.
Bu barədə Fox News -un aparıcısı Cessi Uotters bildirib. Telekanalın efirində o qeyd edib ki, təhlükəsizlik qüvvələri Ağ Evin rəhbəri, onun oğlu Hanter Baydenin işi ilə bağlı olduğu iddia edilən məxfi sənədlər əvəzinə əlyazma qeydləri müsadirə edib.

"FTB Baydenin çimərlik evini əliboş tərk etməyib və müsadirə etdiyi materialları, əlyazma qeydlərini, görüləcək işlər siyahılarını, fotoşəkilləri götürüb. Bu iş sadəcə səhv idarə olunan bir neçə məlumat vərəqindən ibarət deyil. Və ya heç olmasa belə etməməlidir, çünki Hanter Bayden məxfi sənədlərin ticarəti ilə məşğl olan şəxs kimi görünür".

Teleaparıcı qeyd edib ki, əgər FTB heç nə tapmırsa, materiallar və əlyazma qeydləri götürürsə, bu, istintaqın daha böyük olduğunu deməyə əsas verir. O, həmçinin əlavə edib ki, Bayden yalnız soyuqqanlı davranmağa çalışır.

"Bayden deyir ki, hər şey planlaşdırılmışdır və o, razılığa əsasən əməkdaşlıq edir. Sanki bir polis səni saxlayıb baqajı aç deməsi kimi. Nə edəcəksən? Onlara deyin ki, gedib order alsınlar? Xeyr, siz baqajı açırsınız. Bayden çox təzyiq altındadır və o, soyuqqanlı davranmağa çalışır".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti