Fransada ərzaq 14%-ə yaxın bahalaşıb

   Fransada  ərzaq 14%-ə yaxın bahalaşıb
  02 Fevral 2023    Oxunub:579
Fransada ərzaq qiymətləri 2023-cü ilin yanvarında 2022-ci ilin yanvar ayı ilə müqayisədə orta hesabla 13,8% artıb.
Bu barədə “ Le Monde ” qəzeti IRI tədqiqat şirkətinin məlumatlarına istinadən yazıb. Bütün istehlak mallarının, o cümlədən gigiyena və qulluq vasitələrinin dəyəri 13,73 faiz artıb. Artım distribyutorlardan gələn qiymət yüksəlməsi ilə izah edilib. Şəkər digər məhsullardan daha güclü - 32% bahalaşıb.

Yanvarın əvvəlində “France 3” telekanalı məlumat vermişdi ki, Fransada yerli sakinlər enerji resurslarının bahalaşması səbəbindən suyun qiymətində kəskin artımla üzləşiblər.

İlkin Nəcəfzadə
AzVision.az








Teqlər:





Xəbər lenti