Ermənistan ordusunda yeyinti: 94 milyon dram yoxdur

 Ermənistan ordusunda yeyinti:  94 milyon dram yoxdur
  02 Fevral 2023    Oxunub:815
Ermənistanın hərbi prokurorluğu Mühəndis Qoşunları İdarəsinin mərkəzi mühəndis anbarında yoxlamalar aparıb. Nəticədə irimiqyaslı qanun pozuntuları qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Yoxlamalar 2 noyabr 2022-ci ildən 12 yanvar 2023-cü il tarixinədək aparılıb.

Ermənistan ordusu yeni geyim formasına keçir
“Növbədənkənar inventarlaşdırma aparılıb, material ehtiyatlarının qəbulu, uçotu və paylanması proseslərinin qanuniliyi, əsaslılığı, habelə tədarük olunan malların keyfiyyətinin alqı-satqı müqavilələrində göstərilən texniki göstəricilərə uyğunluğu yoxlanılıb”, - məlumatda deyilir.

Hərtərəfli araşdırmalar nəticəsində 93 milyon 723 min 544 dram (235 min dollar-red.) çatışmazlıq və 4 milyon 355 min 725 dram profisit qeydə alınıb. Həyata keçirilən tədbirlər zamanı mühəndis avadanlıqlarının ehtiyat hissələri də daxil olmaqla ümumilikdə 198 milyon 590 min 916 dram məbləğində müqavilələrin texniki şərtləri ilə müəyyən edilmiş tələblərə cavab verməyən maddi ehtiyatlar aşkarlanıb.

Yoxlamalar nəticəsində Ermənistan İstintaq Komitəsi 5 cinayət işi açıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu  





Xəbər lenti