Respondentlərin 53%-i bu ölkənin NATO-ya qəbul prosesinin yubanacağı təqdirdə Finlandiya İsveçi gözləməlidirmi sualına mənfi cavab verib. Rəyi soruşulanların yalnız 28%-i bildirib ki, Finlandiya İsveç olmadan NATO-ya daxil olmamalıdır. Yanvarın 30-dan fevralın 1-dək keçirilən sorğuda 1021 nəfər iştirak edib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Helsinki adekvat mövqe tutacağı təqdirdə Ankara Finlandiyanın NATO-ya üzv olmaq müraciətinə müsbət cavab verəcək.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: