Pentaqon: "Ukrayna çətin ki, Krımı qaytara bilsın"

      Pentaqon:    "Ukrayna çətin ki, Krımı qaytara bilsın"
  02 Fevral 2023    Oxunub:661
ABŞ Müdafiə Nazirliyinin dörd yüksək rütbəli rəsmisi gizli keçirilən brifinq zamanı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin qanunvericilərinə Kiyevin yaxın gələcəkdə Krımı geri ala bilməyəcəyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Qeyd edilir ki, Pentaqon Ukraynanın rus qoşunlarını təxminən on il əvvəl Rusiyaya birləşdirilmiş bu yarımadadan sıxışdırıb çıxara biləcəyinə və ya tezliklə Krımın geri qaytarılacağına inanmır.

Çıxış edənlər arasında müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper və Birləşmiş Qərargahın Əməliyyatlar üzrə direktoru general-leytenant Duqlas Sims də olub.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə nümayəndəsi isə bu informasiyaya şərh verməkdən imtina edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti